Kriminal

Sabirabadda şagirdləri daşıyan mikroavtobus aşdı - Video

16 Apr 2026, 19:28 1 baxış
Sabirabadda şagirdləri daşıyan mikroavtobus aşdı - Video

Sabirabadda içərisində 20-yə yaxın şagird olan mikroavtobus aşıb.


Axar.az APA-ya istinadla xəbər verir ki, hadisə Sabirabad rayonunun Osmanlı kəndində baş verib.


Şirvandan hazırlıq kursundan şagirdləri evlərinə aparan “Mersedes” markalı mikroavtobusun qarşısına heyvan çıxması nəticəsində yoldan çıxaraq aşdığı bildirilir.


20-yə yaxın şagird avtomobildən çıxarılıb. Məlumata görə, ciddi xəsarət alan olmayıb.


Faktla bağlı araşdırma aparılır.

Sabirabadda şagirdləri daşıyan mikroavtobus aşdı - Video
Mənbə axar.az

Oxşar Xəbərlər