Siyasət

Azərbaycan və Rusiya rəsmiləri Ağbənd avtomobil körpüsünün tikintisi ilə tanış oldular

16 Apr 2026, 17:52 1 baxış
Azərbaycan və Rusiya rəsmiləri Ağbənd avtomobil körpüsünün tikintisi ilə tanış oldular
Azərbaycan-Rusiya Hökumətlərarası Dövlət Komissiyasının üzvləri Ağbənd avtomobil körpüsü layihəsinin icra vəziyyəti ilə tanış olublar. Oxu.Az "Report"a istinadən xəbər verir ki, bu körpü regionun nəqliyyat əlaqələrinin genişləndirilməsində mühüm rol oynayacaq. Xatırladaq ki, bu gün Azərbaycan-Rusiya Hökumətlərarası Dövlət Komissiyasının 24-cü iclası keçirilib. Görüşdə ticarət dövriyyəsinin artırılması, sənaye kooperasiyası, nəqliyyat-logistika, energetika, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri əsas müzakirə mövzuları olub. Hökumətlərarası Dövlət Komissiyasının həmsədrləri Azərbaycan və Rusiyanın baş nazirlərinin müavinləri Şahin Mustafayev və Aleksey Overçukdur.
Mənbə oxu.az

Oxşar Xəbərlər