İqtisadiyyat
Şahin Mustafayev: "Rusiya ilə idxal əməliyyatlarında rublun payı 83%-ə çatıb"
Azərbaycan və Rusiya arasında maliyyə sektorunda səmərəli əməkdaşlıq qurulub. Oxu.Az "Report"a istinadən xəbər verir ki, bunu baş nazirin müavini Şahin Mustafayev Azərbaycan-Rusiya Hökumətlərarası Dövlət Komissiyasının 24-cü iclasında bildirib. "Xüsusilə, ikitərəfli ticarət çərçivəsində hesablaşmalarda Rusiya rublunun payı davamlı artım nümayiş etdirir: ixrac əməliyyatları üzrə 42%-ə, idxal əməliyyatları üzrə isə 83%-ə yüksəlib", - deyə o qeyd edib.
Mənbə
oxu.az