Digər

İran yenə hədələdi: Bağlayacağıq!

16 Apr 2026, 13:45 1 baxış
İran yenə hədələdi: Bağlayacağıq!

Əgər ABŞ-ın blokadası davam edərsə, Fars körfəzi və Ərəb dənizindəki bütün ticarəti dayandıracağıq.


Axar.az xəbər verir ki, bunu SEPAH-ın nümayəndəsi İbrahim Zülfüqari deyib.


“Əgər bu davam edərsə, Qırmızı dənizdə gəmiçilik də dayandırılacaq. Bu cür hərəkətlər atəşkəsin pozulmasına doğru atılan addım kimi qiymətləndiriləcək”, - o bildirib.


Qeyd edək ki, bazar ertəsindən ABŞ-ın Hörmüz boğazında İran gəmilərinə qarşı blokadası qüvvəyə minib.

Mənbə axar.az

Oxşar Xəbərlər