Cəmiyyət

Ölkənin bir sıra ərazilərində İŞIQ OLMAYACAQ

20 Aug 2026, 00:00 4 baxış
Ölkənin bir sıra ərazilərində İŞIQ OLMAYACAQ
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə avqustun 20-də bir sıra rayonlarda bəzi 10 kV-luq hava elektrik verilişi xətlərində təmir işləri aparılacaq. Oxu.Az xəbər verir ki, bununla bağlı "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, Yevlax Elektrik Şəbəkəsinin (EŞ) xidməti ərazisində saat 09:00-dan 12:00-dək şəhərin Nəriman Nərimanov, Həsən bəy Zərdabi, Yeni Yevlax, Qanboy Quliyev, Mirzə Ələkbər Sabir, Səməd Vurğun küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq. Tərtər EŞ-yə daxil olan Qazyan Qapanlı və Qaynaq kəndlərinin bəzi ərazilərində saat 10:00-dan 14:00-dək enerjinin verilişində fasilə yaranacaq. Planlı fasilə saat 10:00-dan 14:00-dək Ağdaşın Bulaqotağı, Ərəb, Hüşün, Kükəl, Qarağan Sədi, Qarağan Şıxlar, Yuxarı Qəsil kəndlərinin bir hissəsini əhatə edəcək. Göyçay EŞ ərazisində saat 10:00-dan 15:00-dək Qaraxıdır, Qaraman, Lək, Mırtı, Şəkər, Veysəlli, Yalman kəndlərinin bəzi ərazilərində enerjinin verilişi məhdudlaşdırılacaq. Həmçinin paytaxtda Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Transformator Məntəqəsində (TM) təmir işi aparılacaq. Beləliklə, saat 10:00-dan 13:00-dək Əsəd Əhmədov, Zahid Xəlilov, Mətbuat, Əbdürrəhim bəy Haqverdiyev, Şəfayət Mehdiyev, Akim Abbasov küçələrinin bir hissəsində fasilə olacaq. Görülən işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar. Eyni zamanda, 110/35/10 kV-luq "Xalçaçılıq" yarımstansiyasında "AzərEnerji" ASC-nin "Naxçıvan Enerji" MMC-si tərəfindən aparılan yenidənqurma işləri ilə əlaqədar 1, 9, 13, 16, 19, 25, 33 və "Xalçaçılıq" 10 kV-luq hava elektrik verilişi xətlərində elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq. Bununla əlaqədar, avqustun 20-də saat 03:30-dan 04:30-dək Naxçıvan şəhərinin Heydər Əliyev prospekti 46 ünvanında, İstiqlal küçəsində yerləşən 103, 111, 113, 115, 117 və 129 nömrəli yaşayış binalarında, Abbasqulubəy Şadlinski, Nizami Gəncəvi, İlqar Ələkbərov, Səməd Vurğun, Xətai və Vüqar Abbasov küçələrində, 54, 56, 59, 60 və 61-ci məhəllələrdə, Əcəmi məhəlləsində və Əliabad qəsəbəsində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.
Ölkənin bir sıra ərazilərində İŞIQ OLMAYACAQ
Mənbə oxu.az

Oxşar Xəbərlər