Digər
Məktəbə hücum: ölənlərin sayı artdı
Türkiyənin Qəhrəmanmaraş şəhərində məktəbə silahlı hücum nəticəsində ölənlərin sayı 10-a çatıb.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilib ki, məktəbə təşkil olunan hücumda yaralanan Yusif Tarık Gül xəstəxanada bütün müdaxilələrə baxmayaraq xilas edilə bilməyib. Bununla da ölənlərin sayı 9-dan 10-a yüksəlib.
Xatırladaq ki, aprelin 15-də Qəhrəmanmaraşda məktəbə silahlı hücum nəticəsində ölənlərdən biri müəllim, digərləri şagirddir.
Mənbə
axar.az