Digər

Peskovdan şok: Putin İranla bağlı bu təklifi vermişdi...

15 Apr 2026, 23:37 1 baxış
Peskovdan şok: Putin İranla bağlı bu təklifi vermişdi...

Zənginləşdirilmiş uranın İrandan Rusiyaya ötürülməsi təklifi ABŞ tərəfindən rədd edilib.


Axar.az xəbər verir ki, bunu Kreml sözçüsü Dmitri Peskov “İndia Tudey”ə müsahibəsində deyib.


Peskovun sözlərinə görə, Putin uranın İrandan Rusiyaya ötürülməsini bir müddət əvvəl təklif edib və bu, olduqca yaxşı bir həll yolu ola bilərdi.


"Amma təəssüf ki, Amerika tərəfi bu təklifi rədd etdi və indi danışıqlar masasında deyil, baxmayaraq ki, Prezident Putin ölkə üçün lazım gələrsə, bu təşəbbüsə qayıtmağa hazırdır", - deyə mətbuat katibi bildirib.

Mənbə axar.az

Oxşar Xəbərlər