Digər

BMT hansı müharibəni dayandırıb? - Qurtulmuş

15 Apr 2026, 23:48 1 baxış
BMT hansı müharibəni dayandırıb? - Qurtulmuş

Bəşəriyyətin ehtiyac duyduğu bütün qurumların mövcud olduğu bir dövrdə yaşayırıq. Amma özümüzü elə bir vəziyyətdə tapırıq ki, onların demək olar ki, heç biri işləmir. Məsələn, açıq desək, bəşəriyyətin ən təmsilçi qurumlarından biri olan BMT hansı faydanı gətirib?


Axar.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Qurtulmuş deyib.


“BMT-nin son dövrlərdə hər hansı bir münaqişəyə, hər hansı bir müharibəyə son qoya bildiyini görə bilərikmi? Təəssüf ki, BMT hakimiyyətdə olanların istədiyi kimi idarə olunan və istiqamətləndirilən beynəlxalq bir quruma çevrilib", - Qurtulmuş qeyd edib.

Mənbə axar.az

Oxşar Xəbərlər