Digər

F-15-lərin vurulması videosunu yayan jurnalist həbs edildi

15 Apr 2026, 21:08 1 baxış
F-15-lərin vurulması videosunu yayan jurnalist həbs edildi

ABŞ-da anadan olmuş Küveyt vətəndaşı olan jurnalist Əhməd Şihab-Eldin mart ayında Küveyt hakimiyyəti tərəfindən həbs edilib və hələ də həbsdədir.


Axar.az xəbər verir ki, bu barədə “Nyusvik” (Newsweek) məlumat yayıb.


Bildirilib ki, o, martın əvvəlində, ABŞ-ın İrana qarşı “Güclü qəzəb” əməliyyatı başlayandan bir neçə gün sonra həbs edilib. 41 yaşlı jurnalist “Nyu York Tayms”, “Əl-Cəzirə” də daxil olmaqla, bir sıra məşhur nəşrlərdə çalışıb.


Hakimiyyət orqanları onu yalan məlumat yaymaqda və milli təhlükəsizliyə zərər vurmaqda ittiham edib.


Həbs olunmazdan əvvəl son paylaşımlarından biri 2 martda Küveytdə Amerika qırıcı təyyarəsinin qəzaya uğraması ilə bağlı olub. Videoda qırıcı təyyarənin Küveyt üzərində qəzaya uğradığı göstərilir. ABŞ ordusu daha sonra bildirib ki, üç Amerika F-15E qırıcısı “dost atəşi" nəticəsində vurulub. Altı heyət üzvünün hamısı təhlükəsiz şəkildə katapultasiya edilib.


Onu 10 ilə qədər həbs cəzası gözləyir.

Mənbə axar.az

Oxşar Xəbərlər