Digər

Dubayın simvollarından biri bağlanır - 1,5 illik

15 Apr 2026, 21:41 1 baxış
Dubayın simvollarından biri bağlanır - 1,5 illik

“Yelkənli otel” kimi tanınan məşhur Dubay simvollarından biri olan "Bürc Xəlifə" bərpa işləri üçün bir il yarım müddətinə bağlanır.


Axar.az xəbər verir ki, bu barədə idarəedici “Jumeirah Group” məlumat yayıb.


“25 ildən artıq müddətdə qonaqları qəbul etdikdən sonra "Bürc Xəlifə"də mərhələli və diqqətlə planlaşdırılmış bərpa proqramına başlanılacaq. Bu, son deyil, əksinə, bu simvolik obyektin gələcək nəsillər üçün qorunmasına həsr olunmuş düşünülmüş bir fasilədir”, - deyə açıqlamada bildirilib.


Qeyd olunub ki, Yaxın Şərqdə müharibə başlayandan sonra Dubay və digər əmirliklər İran dronlarının hücumlarına məruz qalıb. Hücumlardan biri "Bürc Xəlifə" otelinə də təsir edib. Döyüşlərin ilk günü — 28 fevral tarixində dron qalıqlarının düşməsi nəticəsində otelin fasadında yanğın baş verib.

Mənbə axar.az

Oxşar Xəbərlər