Digər

İran gəmiləri ABŞ-ın blokadasına məhəl qoymur

15 Apr 2026, 20:42 1 baxış
İran gəmiləri ABŞ-ın blokadasına məhəl qoymur

İran bayrağı altında üzən "Kaşan" konteyner gəmisi 13 apreldə Bəndər Abbas limanından yola düşüb.


Axar.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.


Bildirilib ki, gəmi ABŞ-ın blokadasına baxmayaraq, Hörmüz boğazından uğurla keçərək Oman körfəzinə daxil olub. 15 apreldə konteyner gəmisi Ərəbistan dənizinə daxil olub və Pakistan sahillərindən təxminən 50 km cənub-şərqdə hərəkət edir.


İran bayrağı altında Çabahr limanından üzən İranın "Şabdis" yük gəmisi də aprelin 14-də Ərəbistan dənizinə daxil olub.


Qeyd edək ki, İranın “Fars” agentliyi də aprelin 15-də ABŞ sanksiyaları altında olan İranın VLCC gəmisinin Hörmüz boğazını keçərək İslam Respublikasının ərazi sularına daxil olduğunu bildirib.

Mənbə axar.az

Oxşar Xəbərlər