İqtisadiyyat
2027-2030-cu illərdə neftin qiyməti neçə dollar olacaq? - PROQNOZ
Baza ssenaridə neftin bir barelinin orta illik ixrac qiymətinin 2027-2030-cu illər üçün 65 ABŞ dolları səviyyəsində olacağı təxmin edilir. Oxu.Az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqladığı "2027-2030-cu illər üzrə Ortamüddətli Büdcə Çərçivəsi"ndə bildirilib. Proqnozlara görə, 2027-ci ilin sonuna ölkə üzrə ümumi daxili məhsulun (ÜDM) həcminin 139 milyard manat təşkil edəcəyi, 2030-cu ildə isə 166.9 milyard manata qədər artacağı gözlənilir. Eyni zamanda ÜDM-də qeyri-neft-qaz sektorunun payının artacağı proqnozlaşdırılır. Belə ki, bu göstəricinin 2025-ci ildəki 71.5 faizdən 2027-ci ildə 78 faizə, 2030-cu ildə isə 81.8 faizə çatacağı gözlənilir. Nazirliyin qiymətləndirmələrinə əsasən, ortamüddətli dövrdə ÜDM-in real artım tempinin ortaillik 3.3 faiz, qeyri-neft-qaz ÜDM-in isə 4.2 faiz olacağı proqnozlaşdırılır.
Mənbə
oxu.az