Dünya

KİV: ABŞ ordusu blokadanı keçməyə çalışan səkkiz tankeri saxlayıb

15 Apr 2026, 11:16 1 baxış
KİV: ABŞ ordusu blokadanı keçməyə çalışan səkkiz tankeri saxlayıb
ABŞ ordusu İranın dəniz blokadasının başlanmasından bəri bu ölkənin limanlarına daxil olmağa və çıxmağa cəhd edən səkkiz neft tankerini ələ keçirib. Oxu.Az xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri ABŞ Administrasiyasının adı açıqlanmayan yüksəkvəzifəli rəsmisinə istinadən məlumat yayıb. Məlumata görə, ABŞ hərbçiləri kommersiya gəmiləri ilə radio rabitə vasitəsilə əlaqə saxlayıb və istiqaməti dəyişdirmək göstərişi veriblər. Nəşr qeyd edir ki, saxlanılan bütün tankerlər ABŞ hərbçilərinin tələblərinə tabe olublar. "The Wall Street Journal" vurğulayıb ki, İranın dəniz blokadasına 15 gəmi və bir neçə min hərbi qulluqçu cəlb edilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər