Dünya

ABŞ Hörmüz boğazının TAM BLOKLANDIĞINI bəyan etdi - FOTO

15 Apr 2026, 11:48 1 baxış
ABŞ Hörmüz boğazının TAM BLOKLANDIĞINI bəyan etdi - FOTO
"ABŞ İran limanlarının blokadasını tam şəkildə həyata keçirib və İslam Respublikasının iqtisadiyyatının təxminən 90%-ni təşkil edən beynəlxalq dəniz ticarəti tamamilə dayandırılıb". Oxu.Az xəbər verir ki, bu barədə Birləşmiş Ştatların Mərkəzi Komandanlığı (CENTCOM) açıqlama yayıb. "İran limanlarının blokadası tam icra edilib. ABŞ qoşunları İranla və İrandan həyata keçirilən dəniz ticarətinin qarşısını tam olaraq alıb", - deyə CENTCOM-un rəhbəri Bred Kuper bildirib. Komandanlığın məlumatına görə, ilk 24 saat ərzində heç bir gəmi ABŞ blokadasını yara bilməyib. Qeyd olunub ki, altı ticarət gəmisinə Oman körfəzindəki İran limanına qayıtmaq əmri verilib. Öz növbəsində "Windward" dəniz kəşfiyyatı şirkətinin məlumatlarına istinad edən CNBC portalı vurğulayır ki, ABŞ blokadasının qüvvəyə mindiyi ilk gün ən azı iki gəmi Hörmüz boğazından keçib. Analitiklərin sözlərinə görə, onlardan biri Çin şirkətinə məxsus olan və ABŞ sanksiyaları altında fəaliyyət göstərən "Rich Starry" tankeridir. "MarineTraffic" xidmətinin məlumatına əsasən, həmin gəmi hazırda Omanın Xəsəb şəhərindən şərqdədir.
ABŞ Hörmüz boğazının TAM BLOKLANDIĞINI bəyan etdi - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər