Dünya

Kolumbiyada radikal qərar: Eskobarın "mirası"na qarşı sərt tədbirlər görüləcək

15 Apr 2026, 04:42 1 baxış
Kolumbiyada radikal qərar: Eskobarın "mirası"na qarşı sərt tədbirlər görüləcək
Kolumbiya hökuməti məşhur narkobaron Pablo Eskobarın vaxtilə ölkəyə gətirdiyi begemotların bir qisminin məhv edilməsi ilə bağlı planı təsdiqləyib. xəbər verir ki, bu barədə ABŞ-nin CBS telekanalı məlumat yayıb. Hadisənin tarixçəsi 1980-ci illərin sonlarına dayanır. Həmin vaxt Eskobarın Maqdalena vadisindəki şəxsi mülkünə cəmi dörd begemot gətirilmişdi. Narkobaronun 1993-cü ildə ölümündən sonra nəzarətsiz qalan heyvanlar ətrafa yayılaraq sürətlə çoxalmağa başlayıblar. Hazırda onların sayının 170-ə çatdığı bildirilir. Ekspertlər qeyd edirlər ki, ərazidə təbii yırtıcıların olmaması bu nəhəng məməliləri yerli ekosistem üçün ciddi təhlükəyə çevirib. Begemotlar lamantinlər, su samurları, tısbağalar və çay balıqlarının populyasiyasına zərər vurmaqla yanaşı, ətraf kəndlərin sakinləri üçün də risk yaradırlar. Hökumət əvvəlcə heyvanları Afrikaya geri göndərməyi düşünsə də, hər bir begemot üçün 3.5 milyon dollar xərc tələb olunması bu planı qeyri-mümkün edib. Sterilizasiya və zooparklara köçürmə cəhdləri də nəticə vermədiyindən, illərlə sürən müzakirələrdən sonra heyvanların öldürülməsinə qərar verilib. İlkin mərhələdə 80-ə yaxın begemotun məhv edilməsi planlaşdırılır, lakin prosesin dəqiq başlama tarixi hələlik açıqlanmır.
Mənbə oxu.az