Dünya
KİV: Tramp İrana qarşı əməliyyatın başa çatdığını bildirib
ABŞ Prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatın başa çatdığını bəyan edib. Oxu.Az xəbər verir ki, bu barədə "Fox News" telekanalının jurnalisti Mariya Bartiromo dövlət başçısı ilə müsahibədən sonra məlumat verib. "Tramp əməliyyatın başa çatdığını bildirdi", - deyə jurnalist qeyd etsə də, əlavə təfərrüat açıqlamayıb. Bundan əvvəl Tramp ABŞ və İran arasında növbəti danışıqlar raundunun yaxın iki gün ərzində keçirilə biləcəyini vurğulayıb. Xatırladaq ki, aprelin 11-də tərəflər Pakistanın vasitəçiliyi ilə danışıqlar aparıblar. Həmin görüşdə Hörmüz boğazının açılması, İranın nüvə proqramı, sanksiyaların ləğvi və hərbi əməliyyatların dayandırılması məsələləri müzakirə olunub.
Mənbə
oxu.az