Dünya
Pikassonun bir milyon avroluq əsəri lotereyada qazanıldı
Parisdə yaşayan şəxs 100 avroya aldığı lotereya bileti ilə rəssam Pablo Pikassonun "Qadın başı" adlı əsərini qazanıb. Oxu.Az xəbər verir ki, bu barədə "Open Gallery" qalereyalar şəbəkəsi məlumat yayıb. Rəsm Fransada Altsheymer xəstəliyinin araşdırılmasını dəstəkləyən fondun xeyrinə keçirilən "100 avroya 1 Pikasso" lotereyası çərçivəsində oynanılıb. "Qadın başı" əsəri 1941-ci ildə yaradılıb və təxminən bir milyon avro dəyərində qiymətləndirilir. Qeyd olunur ki, bu cür aksiya ilk dəfə keçirilmir. Belə ki, 2020-ci ildə Pikassonun "Natürmort" əsəri də oxşar qaydada lotereyada oynanılıb.
Mənbə
oxu.az