Dünya

Alek Bolduin karyerasını başa vurmaq istədiyini açıqlayıb

15 Apr 2026, 02:48 1 baxış
Alek Bolduin karyerasını başa vurmaq istədiyini açıqlayıb
Amerikalı aktyor Alek Bolduin ailəsi ilə daha çox vaxt keçirmək üçün kino karyerasını başa vurmaq niyyətində olduğunu bildirib. Oxu.Az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri xəbər yayıb. 68 yaşlı aktyorun sözlərinə görə, bu qərar 2021-ci ildə "Paslanma" ("Rust") filminin çəkilişləri zamanı operator Halina Hatçinsin həlak olması səbəbindən işinə uzun müddət fasilə verməsi ilə bağlıdır. "Mən bu həyat tərzinə öyrəşmişəm və artıq evimi tərk etmək istəmirəm. İşləməyə həvəsim yoxdur. Təqaüdə çıxmaq və övladlarımla vaxt keçirmək istəyirəm", - deyə Bolduin qeyd edib. Qeyd edək ki, Bolduin və həyat yoldaşı Hilariya yeddi övlad böyüdürlər: Karmen (11 yaş), Rafael (9 yaş), Leonardo (8 yaş), Romeo (6 yaş), Eduardo (4 yaş), Mariya (3 yaş) və İlariya (2 yaş). Aktyorun, həmçinin Kim Beysingerlə nikahından Ayrlend adlı 30 yaşlı qızı da var.
Mənbə oxu.az

Oxşar Xəbərlər