Dünya

Banqladeş sahillərində gəmi qəzaya uğradı: Azı 250 nəfər itkin düşüb

14 Apr 2026, 23:32 1 baxış
Banqladeş sahillərində gəmi qəzaya uğradı: Azı 250 nəfər itkin düşüb
Andaman dənizinin Banqladeş sahillərində baş verən gəmi qəzası nəticəsində qadın və uşaqlar da daxil olmaqla, azı 250 nəfər itkin düşüb. Oxu.Az xəbər verir ki, bu barədə "Dhaka Tribune" qəzeti məlumat yayıb. Məlumata görə, gəmidə qaçqınlar və Banqladeş vətəndaşları olublar. Gəmi ölkənin cənubundakı Teknaf rayonundan çıxaraq Malayziyaya doğru hərəkət edirmiş. Qəzanın ilkin səbəbi kimi həddindən artıq yüklənmə, güclü külək və fırtına göstərilir. Hazırda axtarış-xilasetmə əməliyyatı davam edir.
Mənbə oxu.az

Oxşar Xəbərlər