Digər

ABŞ İranın inkişaf səviyyəsini qəbul etmək istəmir - Pezeşkian

14 Apr 2026, 20:02 1 baxış
ABŞ İranın inkişaf səviyyəsini qəbul etmək istəmir - Pezeşkian

ABŞ administrasiyasının İranı Daş dövrünə qaytarmaq istəməsi ilə bağlı açıqlamaları ölkəmizin gücünü və inkişaf səviyyəsini qəbul etmək istəmədiyini nümayiş etdirir.


Axar.az xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian deyib.


"Onlar (ABŞ) millətimizi və sivilizasiyamızı Daş dövrünə qaytarmaq istədiklərini bəyan etdikdə, bu, İranın inkişafını və gücünü qəbul edə bilməyəcəkləri deməkdir", - deyə o bildirib.


Pezeşkian qeyd edib ki, ölkə beynəlxalq qanunlara riayət edir və bu çərçivədə danışıqlara hazırdır.


Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp atəşkəsdən öncə İrana zərbələri gücləndirəcəyini və ölkəni “Daş dövrü”nə qaytaracağını açıqlamışdı.

Mənbə axar.az

Oxşar Xəbərlər