Digər
Ərdoğan Magyarı təbrik etdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Macarıstanda parlament seçkilərinin qalibi Tisa Partiyasının lideri Peter Magyar ilə telefon danışığı aparıb.
Axar.az xəbər verir ki, söhbət zamanı ikitərəfli münasibətlər və aktual beynəlxalq məsələlər müzakirə edilib.
Liderlər əməkdaşlığın inkişaf perspektivlərini nəzərdən keçirib, həmçinin regional və qlobal gündəlik üzrə fikir mübadiləsi aparıblar.
Söhbət zamanı Ərdoğan Magyarı seçkilərdəki qələbəsi münasibətilə təbrik edib və həm ikitərəfli səviyyədə, həm də beynəlxalq platformalarda əməkdaşlığın gələcəkdə daha da dərinləşəcəyinə əminliyini ifadə edib.
Mənbə
axar.az