Dünya

"İranla bağlı missiyamız başa çatmayıb" - "Mossad" rəhbəri əsas məqsədlərini açıqladı

14 Apr 2026, 18:32 1 baxış
"İranla bağlı missiyamız başa çatmayıb" - "Mossad" rəhbəri əsas məqsədlərini açıqladı
"İranla bağlı missiyamız hələ başa çatmayıb". Oxu.Az xəbər verir ki, bu barədə "The Times of İsrael" saytı "Mossad"ın (İsrailin xüsusi xidmət orqanı) rəhbəri David Barneaya istinadən xəbər yayıb. O bildirib ki, ölkəsinin əsas hədəfi İrandakı radikal hakimiyyətin devrilməsidir, yalnız bu halda missiya tam yerinə yetirilmiş hesab olunacaq: "Biz hərbi əməliyyatların dayandırılmasından dərhal sonra vəzifəmizin bitəcəyinə inanmırdıq. Tehrana endirilən zərbələrdən sonrakı dövrdə də kampaniyamızın davam edəcəyini, həyata keçiriləcəyini diqqətlə planlaşdırmışıq".
Mənbə oxu.az

Oxşar Xəbərlər