İqtisadiyyat

BVF Azərbaycanın iqtisadi artım proqnozunu açıqladı

14 Apr 2026, 18:54 1 baxış
BVF Azərbaycanın iqtisadi artım proqnozunu açıqladı
Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycanın ümumi daxili məhsulunun (ÜDM) artım tempini 2026-cı ildə 2.2%, 2027-ci ildə isə 2.5% səviyyəsində proqnozlaşdırır. xəbər verir ki, bu barədə BVF-nin aprel ayı üzrə hesabatında qeyd olunub. Fond fevral ayı üzrə qiymətləndirmələri ilə müqayisədə 2026-cı il üçün proqnozunu 0.1 faiz bəndi artırıb. 2027-ci il üçün nəzərdə tutulan artım tempi isə dəyişməz qalıb. BVF-nin təhlillərinə əsasən, qarşıdakı iki il ərzində ölkə iqtisadiyyatının ortaillik artımı 2.35% təşkil edəcək.
Mənbə oxu.az