Digər

Almaniya Ukraynaya yüzlərlə “Patriot” raketi verir

14 Apr 2026, 18:30 1 baxış
Almaniya Ukraynaya yüzlərlə “Patriot” raketi verir

Almaniya ilə yüzlərlə “Patriot” raketi, uzun və orta mənzilli dronlar üçün 4 milyard avro dəyərində yeni genişmiqyaslı əməkdaşlıq paketi razılaşdırılıb.


Axar.az xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Mixail Fyodorov deyib.


O bildirib ki, əməkdaşlıq paketinə əsasən, Almaniya yüzlərlə “Patriot” raketini maliyyələşdirəcək və 36 ədəd İRİS-T buraxılış qurğusu təmin edəcək, bununla da şəhərlərin və infrastrukturun müdafiəsini gücləndirəcək:


“Uzunmənzilli texnikalar üçün 300 milyon avro investisiya qoyulacaq. Ukrayna və Almaniya ordu üçün ilkin olaraq 5 min ədəd olmaqla, süni intellektli dronların birgə istehsalına başlanılacaq”.


Qeyd edək ki, bu gün Berlində Almaniya ilə Ukrayna arasında müdafiə sahəsində əməkdaşlıq sazişi imzalanıb.

Mənbə axar.az

Oxşar Xəbərlər