Digər

MOSSAD direktorundan İran açıqlaması: İşimiz bitməyib!

14 Apr 2026, 18:46 1 baxış
MOSSAD direktorundan İran açıqlaması: İşimiz bitməyib!

İsrail İranda mühüm nailiyyətlər əldə edib, amma iş bitməyib.


Axar.az xəbər verir ki, bunu MOSSAD direktoru David Barnea deyib.


O bildirib ki, 40 günlük intensiv döyüşlər əhəmiyyətli nailiyyətlərlə nəticələnib:


“Onların arasında ən mühümü İranın əsas hədəfinə, yəni İsrail dövlətinin məhvi ilə bağlı hədəfinə zərbə vurulub. Buna baxmayaraq, bizim missiyamız tamamlanmayıb. Biz heç vaxt düşünməmişdik ki, döyüş səngiyəndən sonra missiyamız bitəcək. Biz kampaniyamızı zərbələrdən sonrakı dövr üçün də planlaşdırmışıq. MOSSAD-ın missiyası İrandakı “ekstremist rejim” dəyişənədək davam edəcək”.

Mənbə axar.az

Oxşar Xəbərlər