Digər

Berlin və Kiyev hərbi əməkdaşlıq sazişi imzaladı

14 Apr 2026, 16:02 1 baxış
Berlin və Kiyev hərbi əməkdaşlıq sazişi imzaladı

Almaniya və Ukrayna arasında Berlində müdafiə sahəsində əməkdaşlıq müqaviləsi imzalanıb.


Axar.az xəbər verir ki, bu barədə Almaniya kansleri Fridrix Merz Ukrayna Prezidenti Vladimir Zelenski ilə keçirilən birgə mətbuat konfransında deyib.


“Bu gün yeni yardım paketləri - hava hücumundan müdafiə sistemləri, uzaqmənzilli silahlar, dronlar və sursat barədə razılığa gəldik”, - Merz bildirib.


Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski Berlində səfərdədir.

Mənbə axar.az

Oxşar Xəbərlər