Siyasət
ABŞ-İran danışıqlarının ikinci raundunda qərar olacaqmı? - Tərəflər təzyiqi artırır
Amerika Birləşmiş Ştatları və İran danışıqları bərpa etmək məqsədilə ikinci görüşün keçirilməsi imkanını nəzərdən keçirirlər. Məqsəd 7 aprel tarixində elan olunmuş iki həftəlik atəşkəs müddəti başa çatmadan yeni müzakirələrin təşkilidir. Variantlardan biri kimi ikinci raundun yenidən İslamabadda keçirilməsi təklifi ortadadır. Bəs, mümkün danışıqların növbəti etapında gözləntilər nədir? Hansı nəticələr əldə edilə bilər? Mövzunu Oxu.Az-a şərh edən Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin direktoru, politoloq Fərhad Məmmədov bildirib ki, danışıqların ilk mərhələdən sonra pessimist əhval-ruhiyyə var idi:
"Lakin ABŞ nümayəndələrinin son çıxışları onu deməyə əsas verir ki, bir neçə məqamda tərəflərin mövqeləri üst-üstə düşüb. Digər tərəfdən, bəzi prinsipial məsələlərdə fikir ayrılığı var. Hazırda həm Amerika Birləşmiş Ştatları, həm də İran özünün mövqeyinin güclü olması haqqında fikirlər irəli sürüblər. ABŞ Hörmüz boğazının blokadası ilə bağlı artıq addımlar da atır ki, danışıqlarda İranın güclü hesab etdiyi mövqeyini neytrallaşdırsın. Bu, öz növbəsində təzyiq elementi kimi də qiymətləndirilə bilər". "Lakin, ən böyük problem İran tərəfindən qərar qəbuletmə mexanizminin aydın olmamasıdır. Çünki görünən odur ki, İran hakimiyyətində bir neçə qrup var ki, qərarvermə prosesində iştirak edir. Hansı qrupun mövqeyinin həlledici olması isə bəlli deyil. Ona görə də müəyyən vaxt lazımdır ki, ortaq mövqe formalaşsın",- deyə politoloq vurğulayıb. Analitik İran üçün vacib olan məsələlərin danışıqlar prosesinə təsirindən də danışıb: "Nüvə məsələsi, Livanda "Hizbullah"a qarşı İsrailin əməliyyatları, raket proqramın məhdudlaşdırılması ilə bağlı çağırışlar İranda müzakirə mövzusudur ki, ikinci raundda ABŞ-nin istəklərinə yaxın mövqe sərgiləsinlər. Ümumilikdə demək olar ki, ikinci raundda da hər hansı bir yekun sənədin və ya qərarların qəbul edilməsi şansı çox azdır".

Mənbə
oxu.az