Digər

Eskobarın begemotları da öldürüləcək

14 Apr 2026, 14:25 1 baxış
Eskobarın begemotları da öldürüləcək

Kolumbiya hökuməti 1993-cü ildə öldürülmüş məşhur narkobaron Pablo Eskobar tərəfindən gətirilmiş su begemotlarını məhv edəcək.


Axar.az xəbər verir ki, bu barədə Kolumbiyanın ətraf mühit naziri İren Velez məlumat yayıb.


Onun sözlərinə görə, Kolumbiyada populyasiyası sürətlə artaraq ekosistemə və kəndlilərə təhlükə yaratdığı üçün su begemotlarının məhv edilməsi planı hazırlanıb:


“Heyvanlar 1980-ci illərdə Pablo Eskobarın fermasına gətirilib. Sayları 2022-ci ilə kimi 170-ə çatıb və 100 km areala yayılıb. Turizmə fayda versə də, yerli növlərə zərərdir və təhlükəsizlik riski yaradır”.

Mənbə axar.az

Oxşar Xəbərlər