Digər
Kılıçdaroğlu haqda həbs qərarı verildi
Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) keçmiş lideri Kamal Kılıçdaroğlu Prezident Ərdoğanla bağlı işlətdiyi ifadələrə görə həbs cəzasına məhkum edilib.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumata görə, Mersin 3-cü Cəza Məhkəməsinin hökmü ilə Kılıçdaroğlu haqda 11 ay 20 günlük həbs cəzası çıxarılıb.
Kılıçdaroğlunun vəkili Cəlal Çelik qərarı qəbul etmədiklərini və bunun siyasi qərar olduğunu bildirib.
Mənbə
axar.az