Digər

Çinin 3 aylıq ticarət dövriyyəsi 1,69 trilyona qalxdı

14 Apr 2026, 13:56 1 baxış
Çinin 3 aylıq ticarət dövriyyəsi 1,69 trilyona qalxdı

Çinin xarici ticarət həcmi yanvar-mart aylarında illik müqayisədə 18% artaraq, 1,69 trilyon dollara çatıb.


Axar.az xəbər verir ki, bu barədə Çin Baş Gömrük İdarəsi məlumat yayıb.


Məlumata görə, Çinin ixracı birinci rübdə 14,7% artaraq 977,49 milyard dollara, idxalı isə 22,7% artaraq 713,16 milyard dollara çatıb.


Çinin ticarət profisiti 2025-ci ilin yanvar-mart ayları ilə müqayisədə 3,1% azalaraq 264,33 milyard dollar təşkil edib.

Mənbə axar.az

Oxşar Xəbərlər