Digər

Bu iki hadisə Vens üçün ciddi zərbə oldu - FT

14 Apr 2026, 12:11 1 baxış
Bu iki hadisə Vens üçün ciddi zərbə oldu - FT

ABŞ vitse-prezidenti Ceyms Devid Vens ikiqat uğursuzluqdan - Pakistandakı danışıqlardan və Macarıstandakı seçkilərdən sonra Vaşinqtona əliboş qaydıb.


Axar.az xəbər verir ki, bu ba barədə “Faynənşl Tayms” məlumat yayıb.


Məlumata görə, Vens ABŞ Prezidenti Donald Trampın qeyri-adi xarici siyasət planlarını həyata keçirmək üçün az səy göstərib:


“İslamabadda İran rəsmiləri ilə 21 saatlıq danışıqlardan sonra o, tərəflərin bir sıra fikir ayrılığı səbəbindən münaqişənin uzunmüddətli həllinə dair razılığa gələ bilmədiyini açıqlayıb. Vitse-prezidentin bir neçə gün əvvəl Orbana dəstək qazanmaq məqsədi ilə Macarıstana etdiyi səfər də nəticəsiz qalıb: Orbanın partiyası parlament seçkisində məğlub olub. Bu iki məğlubiyyət çoxlarının Trampın ehtimal olunan varisi hesab etdiyi vitse-prezident üçün ciddi bir zərbə olub”.

Mənbə axar.az

Oxşar Xəbərlər