Siyasət
"İran münaqişəsi Ermənistan-Azərbaycan sülh prosesini təhlükə altına alır" - VİDEO
Baku TV-nin "Bizdən nə danışırlar?" verilişinin yeni buraxılışı yayımlanıb. Verilişdə bildirilib ki, Şərqdə artan gərginlik təkcə regional güclərin qarşıdurması ilə məhdudlaşmır. Bu proseslər artıq Cənubi Qafqazda formalaşmaqda olan sülh arxitekturasına birbaşa təsir edir. "Foreign Policy" jurnalında dərc olunan "İran münaqişəsi Ermənistan-Azərbaycan sülh prosesini təhlükə altına alır" adlı məqalədə qeyd olunur ki, ABŞ-nin İran siyasəti Qafqazda əldə olunmuş nadir diplomatik irəliləyişi risk altına qoyur.
Məqalənin müəllifi Coşua Kuçera bu prosesi ABŞ diplomatiyasının azsaylı real uğurlarından biri kimi qiymətləndirir. Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Cənubi Qafqazda sülhün və sabitliyin möhkəmləndirilməsində parlamentlərarası diplomatiyanın rolundan danışıb. "Beyaz Gazete" nəşrinin xəbərinə görə, o bildirib ki, Türkiyə, Azərbaycan və Ermənistan arasında parlamentlərarası səviyyədə üçtərəfli dialoqun inkişafı istisna edilmir. Numan Kurtulmuşun sözlərinə görə, Qafqaz regionundakı digər dövlətlər də siyasi və parlamentlərarası səviyyədə üçtərəfli dialoq formatına cəlb edilə bilər.

Mənbə
oxu.az
Oxşar Xəbərlər