İqtisadiyyat

Azərbaycanın strateji valyuta ehtiyatları artıb

13 Apr 2026, 18:20 1 baxış
Azərbaycanın strateji valyuta ehtiyatları artıb
Ötən il Strateji valyuta ehtiyatları artmaqda davam edib. Oxu.Az xəbər verir ki, bu, Azərbaycan Mərkəzi Bankının illik "Maliyyə Sabitliyi hesabatı"nda əksini tapıb. Mərkəzi Bankın valyuta ehtiyatları 2025-ci il ərzində 5.1% artaraq 11.5 mlrd. ABŞ dollarına, ARDNF-in ehtiyatları isə 22.5% artaraq 73.5 mlrd. ABŞ dollarına çatıb. Beləliklə, ölkənin strateji valyuta ehtiyatları dövr ərzində 19.8% artaraq 85.1 mlrd. ABŞ dolları təşkil edib. Hesabat dövründə valyuta ehtiyatlarının ÜDM-ə nisbəti 112% təşkil etməklə beynəlxalq kifayətlilik normalarını əhəmiyyətli üstələməkdə davam edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər