İqtisadiyyat

Azərbaycanda median aylıq kirayə haqqının miqdarı açıqlanıb

13 Apr 2026, 19:00 1 baxış
Azərbaycanda median aylıq kirayə haqqının miqdarı açıqlanıb
Azərbaycanda median aylıq kirayə haqqı 1 002 manat olub. Oxu.Az xəbər verir ki, bu, Azərbaycan Mərkəzi Bankının illik "Maliyyə Sabitliyi hesabatı"nda əksini tapıb. Qeyd olunub ki, mənzil bazarı ilə bağlı mövcud açıq mənbələrdən əldə edilən məlumata əsasən dekabr ayının sonunda ölkə üzrə təklif edilən median aylıq kirayə haqqı 1 002 manat təşkil edir ki, bu da daşınmaz əmlakın kapitalizasiya müddətinin 20.9 il olmasını şərtləndirir. Qeyd edək ki, 2024-cü illə müqayisədə kapitalizasiya müddətində 1.4 illik artım müşahidə olunur ki, bu da il ərzində mənzil qiymətlərinin artımının kirayə qiymətləri ilə müqayisədə daha sürətli artımı ilə əlaqələndirilir.
Mənbə oxu.az

Oxşar Xəbərlər