İqtisadiyyat
Milli arxiv fondunda sənədlərin müvəqqəti mühafizə müddətlərinin yuxarı həddi müəyyənləşib
"Dövlət orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlanma müddətləri göstərilməklə nümunəvi siyahısının və onun tətbiq olunmasına dair göstərişin təsdiq edilməsi haqqında" Milli Arxiv İdarəsi Kollegiyasının Qərarında dəyişiklik edilib. Oxu.Az-ın məlumatına görə, bununla bağlı idarənin rəisi Əsgər Rəsulov müvafiq qərar imzalayıb. Qeyd olunub ki, milli arxiv fondunun tərkibinə daxil olan arxiv sənədləri daimi mühafizə məqsədilə dövlət arxivlərinə verilənə qədər dövlət və qeyri-dövlət idarə, müəssisə və təşkilatlarında yaradılan idarə arxivlərində müvəqqəti mühafizə olunur. Milli arxiv fondu sənədlərinin idarə arxivlərində müvəqqəti mühafizə müddətləri aşağıdakı kimidir: - 2006-cı il yanvarın 1-dək kargüzarlıqda icrası başa çatmış işçi heyət üzrə sənədlər üçün - 75 il; - 2006-cı il yanvarın 1-dən sonra kargüzarlıqda yaranan dövlət orqanlarının, iri dövlət şirkətlərinin rəhbərlərinin, dövlət, elm və mədəniyyət xadimlərinin, dövlət təltifləri və elmi dərəcələrə malik şəxslərin işçi heyət üzrə sənədləri üçün - 75 il; - Digər işçi heyət üzrə sənədlər üçün - 35 il.
Mənbə
oxu.az