İqtisadiyyat

Alüminiumun qiymətində son dörd ilin REKORDU

13 Apr 2026, 13:20 1 baxış
Alüminiumun qiymətində son dörd ilin REKORDU
Alüminiumun birja qiyməti nəzərəçarpacaq dərəcədə artaraq 2022-ci ilin martından bəri ən yüksək səviyyəyə çatıb. Oxu.Az-ın məlumatına görə, bu, birja məlumatlarından aydın olur. Bakı vaxtı ilə saat 10:37-yə olan məlumata görə, alüminium fuçersləri əvvəlki bağlanışla müqayisədə 0.82% artaraq bir ton üçün 3 540 dollara yüksəlib. Metalın ticarət zamanı ən yüksək qiyməti 3 546.3 dollar olub. Bu da 2022-ci il martın 29-dan bəri ən yüksək səviyyədir.
Mənbə oxu.az

Oxşar Xəbərlər