İqtisadiyyat

Deputatdan SOS: "Bəzi sahələrdə önləyici tədbirlər görülməyəndə yeyintilər milyardlara çatır"

13 Apr 2026, 12:48 1 baxış
Deputatdan SOS: "Bəzi sahələrdə önləyici tədbirlər görülməyəndə yeyintilər milyardlara çatır"
"Elə sahələr var ki, orda qabaqlayıcı tədbirlər görülməyəndə bir müddətdən sonra yeyintilər 100 milyona çatır. Bir az zaman keçəndə isə milyardlarla ölçülən yeyintilərə gətirib çıxarır". Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Hesablama Palatasının 2025-ci ildəki fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deputat Əli Məsimli deyib: "Bu baxımdan, belə sahələrdə daxili auditin rolunun artırılması onun həm obyektivliyi, həm də orada olan çatışmazlıqların aradan qaldırılması baxımdan müsbət təsir göstərər".
Mənbə oxu.az

Oxşar Xəbərlər