İqtisadiyyat

Azərbaycanın bu il ixrac etdiyi qazın həcmi...

13 Apr 2026, 12:34 1 baxış
Azərbaycanın bu il ixrac etdiyi qazın həcmi...

Bu ilin yanvar-mart aylarında Azərbaycanda 12,6 milyard kubmetr təbii qaz hasil edilib, bu da ötən ilin göstəricisinə bərabərdir.


Axar.az xəbər verir ki, bu barədə Energetika Nazirliyi məlumat yayıb.


Bildirilib ki, hasil edilmiş qazın 3,5 milyard kubmetri “Azəri-Çıraq-Günəşli” blokunun, 6,9 milyard kubmetri “Şahdəniz”in, 0,4 milyard kubmetri “Abşeron” yatağının, 1,8 milyard kubmetri isə SOCAR-ın payına düşüb.


Məlumata əsasən, bu dövrdə xaricə qaz ixracı 6,5 milyard kubmetr təşkil edib, bu da 8,3% artım deməkdir:


“Bunun 3 milyard kubmetri Avropanın, 2,4 milyard kubmetri Türkiyənin (o cümlədən TANAP-la 1,5 milyard kubmetr), 0,8 milyard kubmetri Gürcüstanın, 0,3 milyard kubmetri isə Suriyayanın payına düşüb”.

Mənbə axar.az

Oxşar Xəbərlər