İqtisadiyyat
Vüqar Gülməmmədov: "Maliyyə hesabatları üzrə 2 milyard manatdan çox təhrif düzəldilib"
"İcmal büdcədə 1 milyard manatdan çox gəlirin iki dəfə tanınması aradan qaldırılıb". Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı qurumun sədri Vüqar Gülməmmədov deyib. O bildirib ki, büdcə hesabatları üzrə 1 milyard manatdan, maliyyə hesabatları üzrə isə 2 milyard manatdan çox təhrif düzəldilib: "100 milyon manatdan çox tanınmayan gəlirlər dövlət büdcəsinin gəlirlərində nəzərə alınıb". "Naxçıvan Muxtar Respublikasının büdcəsi üzrə sənədləşmə təkmilləşdirilib, hesabatlılıqda uyğunsuzluqlar aradan qaldırılıb", - deyə Palata sədri vurğulayıb.
Mənbə
oxu.az