İqtisadiyyat
Hesablama Palatası dördillik strateji planının icrası ilə bağlı nəticələri açıqladı
Hesablama Palatası 2021-2025-ci illər üzrə strateji planın icrası ilə bağlı nəticələri açıqlayıb. Oxu.Az xəbər verir ki, bu, palatanın 2025-ci ildə fəaliyyəti haqqında hesabatda əksini tapıb. Qurum bu müddət ərzində əldə edilmiş nailiyyətləri açıqlayıb: Qeyd olunub ki, dövlət maliyyəsinin hesabatlılığının və fiskal məsuliyyətin gücləndirilməsi, Ortamüddətli Xərclər Çərçivəsi və nəticəyə əsaslanan büdcə islahatlarının daha yaxşı həyata keçirilməsinə verdikləri töhfə yekunlarda əksini tapır: - Dövlət maliyyəsinə xidmət edən hüquqi aktlarda dəyişiklik; - Bir milyard manatdan çox gəlinin 2-ci dəfə tanınmasının, 8 mln. manat ləğv edilmiş dövlət rüsumunun gəlirlərdə əks etdirilməsinin aradan qaldırılması; - Büdcə hesabatlılığı üzrə 1 mlrd. manatdan, maliyyə hesabatlarında 2 mlrd. manatdan çox təhrifin düzəldilməsi; - Depozit və tapşırıqlar hesabının qalığı üzrə 100 mln. manatdan çox tanınmayan gəlirlərin nəzərə alınması; - Müvafiq qurumların 500-dən yuxarı əməkdaşına dövlət maliyyəsi sahəsində təlimlər; - Büdcədənkənar dövlət fondlarının büdcə layihələri ilə bağlı sənədləşmənin təkmilləşdirilməsi; - Naxçıvanın dövlət büdcəsi üzrə sənədləşmənin təkmilləşdirilməsi, hesabatlılıqda uyğunsuzluqların aradan qaldırılması; - Hesablama Palatasının təklifləri də nəzərə alınmaqla dövlət büdcəsindən ayrılan dotasiyanın azaldılması və s. Hesablama Palatasının işinə daha güclü etimad - Asya Ali Audit Qurumları Təşkilatının (ASOSAI) İdarə Heyətinə üzvlük; - ASOSAI-ın maliyyə hesabatlarının auditi; - Tacikistan AAO-nun fəaliyyətinin qiymətləndirilməsi; - Deputatların təklifləri əsasında iş planına 7 auditin daxil edilməsi. 93%-dən çox müsbət media dəyərləndirilməsi - Hesablama Palatasının illik büdcəsinin icrası və keçirdiyi satınalmalar, ev sahibliyi ilə reallaşan beynəlxalq tədbirlər haqqında hesabatların rəsmi saytda yerləşdirilməsi; - İllik maliyyə hesabatlarının və auditor rəyının rəsmi internet səhifəsində yerleşdirilməsi; - Naxçıvan Muxtar Respublikasının icra orqanlarının təklif və sorğuları əsasında qurumlara dövlət maliyyə idarəetməsi sahəsində təlimlər və s. Qurum tam nail olunmayan nəticələrin siyahısını da açıqlayıb: - Ayrıca informasiya sistemlərinin auditinin aparılmaması, bu sahədə məhdud kadr potensialı; - Digər qurumlanın informasiya sistemlərinə inteqrasiyanın təmin edilməməsi; - OMXÇ islahatının davam etməsi fonunda bu istiqamətdə ayrıca auditlərin aparılmaması; - Səmərəlilik auditlərinin cəmi audit portfelində payının hədəf göstəriciyə çatdırılmaması.
Mənbə
oxu.az