İlkin nəticələr açıqlandı: Orban uduzur - Təcili
23:18
Macarıstanda keçirilən parlament seçkilərinin ilkin nəticələri açıqlanıb.
Axar.az xəbər verir ki, bu barədə Milli Seçki bürosu məlumat yayıb.
Bildirilib ki, indiyə qədər səslərin 29,21%-i sayılıb.
Hazırkı nəticələrə görə, Avropa Parlamentinin üzvü Peter Magyarın rəhbərlik etdiyi “Tisa” mojaritar seçki dairələrində 95 yer, partiya siyahılarında isə 37 yer qazanır.
Orbanın Fides-Macarıstan Vətəndaş Birliyi və onun kiçik tərəfdaşı Xristian Demokratlardan ibarət hakim koalisiya 59 yerə (11-i mojaritar, 48-i isə partiya siyahılarında) ümid edə bilər. İfrat sağçı Bizim Vətənimiz Partiyası hazırda parlamentdə səkkiz yerə malikdir.
***
Səslərin 45,71%-i sayılıb. Hazırkı nəticəyə görə, müxalifətdəki Tisa Partiyası 199 parlament yerindən 135-ni qazanıb.
Bu barədə Milli Seçki Bürosu məlumat yayıb.
Peter Magyarın rəhbərlik etdiyi “Tisa” təkmandatlı seçki dairələrində 95, partiya siyahılarında isə 40 yer qazanır.
Baş nazir Viktor Orbanın hakim koalisiyası 57 yer (11-i təkmandatlı seçki dairələrində, 46-sı isə partiya siyahılarında) əldə edib.
Hazırkı nəticə ilə ifrat sağçı Vətənimiz Partiyası parlamentdə yeddi yer qazanacaq.
Oxşar Xəbərlər