Kriminal

35 yaşlı kişi şadlıq sarayında öldü

12 Apr 2026, 20:17 1 baxış
35 yaşlı kişi şadlıq sarayında öldü

Ağcabədi rayonunda şadlıq saraylarından birində ölüm hadisəsi qeydə alınıb.


Axar.az Trend-ə istinadən xəbər verir ki, hadisə Hindarx qəsəbəsində baş verib.


Rayon sakini, 1991-ci il təvəllüdlü Samir Vidadi oğlu Nəcəfovun məclis zamanı qəfil halı pisləşib. O, yaxınları tərəfindən Ağdam Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda həyatını itirib.


Faktla bağlı araşdırma aparılır.

Mənbə axar.az

Oxşar Xəbərlər