Kriminal

Tərtərdə bıçaqlanan 27 yaşlı kişi ölüb

12 Apr 2026, 00:48 1 baxış
Tərtərdə bıçaqlanan 27 yaşlı kişi ölüb
Tərtər rayonunda bıçaqlanma hadisəsi baş verib. Oxu.Az "Report"a istinadən bildirir ki, 1999-cu il təvəllüdlü əslən Ağdam rayonunun İlxıçılar kəndindən olan Nabil Saleh oğlu Aslanov kafedə mübahisə etdiyi şəxs tərəfindən bıçaqlanıb. Yaralıya əvvəlcə Tərtər Rayon Mərkəzi Xəstəxanasında tibbi müdaxilə edilib, daha sonra Bərdə Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda həyatını itirib. Faktla bağlı araşdırma aparılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər