Siyasət

Lusine Xaratyan: "Ermənistan və Azərbaycan mediası sülhün möhkəmləndirilməsinə kömək etməlidir"

11 Apr 2026, 16:21 1 baxış
Lusine Xaratyan: "Ermənistan və Azərbaycan mediası sülhün möhkəmləndirilməsinə kömək etməlidir"
"Azərbaycan və Ermənistan arasındakı sülh gündəliyində media iki ölkə cəmiyyətlərinin dehumanizasiyasından çəkinməlidirlər". Oxu.Az "Report"a istinadla xəbər verir ki, bu barədə erməni yazıçısı və mədəniyyət antropoloqu Lusine Xaratyan bu gün "Sülh Körpüsü" təşəbbüsü çərçivəsində iki ölkənin vətəndaş cəmiyyətləri nümayəndələrinin dördüncü görüşünün yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib. "Düşünürəm ki, medianın edə biləcəyi ən vacib işlərdən biri qarşı tərəfin dehumanizasiyasının olmadığı yeni narrativlər yaratmaqdır", - o qeyd edib. L.Xaratyanın sözlərinə görə, bu, etimadı artırmağa, sülhü möhkəmləndirməyə imkan verəcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər