Siyasət
Areq Koçinyan: "Ermənistan, Azərbaycan və Gürcüstan ekspertləri üçtərəfli formatda görüşməlidirlər"
"Ermənistan, Azərbaycan və Gürcüstanın ekspert icmalarının üçtərəfli formatda müzakirə aparmaq üçün çoxlu mövzuları var". Oxu.Az "Report"a istinadla xəbər verir ki, bu barədə "Sülh körpüsü" təşəbbüsünün Ermənistan tərəfindən koordinatoru Areq Koçinyan Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətləri nümayəndələrinin görüşünün yekunlarına dair Qəbələdə keçirilən mətbuat konfransında bildirib. "Ötən il Tbilisidə Azərbaycan, Ermənistan və Gürcüstanın xarici işlər nazirlərinin müavinləri səviyyəsində görüş keçirilib. Biz ekspert səviyyəsində bu görüşü əsas götürdük, çünki çoxdan deyirdik ki, belə bir görüşə və üçtərəfli formatda işə ehtiyac var. Müzakirə üçün çox sayda mövzular var. Bunlar ətraf mühit, xarici siyasət, risklər, nəqliyyat və logistika, iqtisadiyyat və sairədir", - o qeyd edib. Onun sözlərinə görə, bu gün regional əməkdaşlıq formatı üçün bütün zəminlər mövcuddur. Ermənistan Şurasının sədri olan A.Koçinyan hesab edir ki, dünyadakı hazırkı geosiyasi vəziyyət də Cənubi Qafqazda inteqrasiyanın güclənməsinə kömək edir.
Mənbə
oxu.az
Oxşar Xəbərlər