Siyasət

Fərhad Məmmədov: "Cənubi Qafqazda inteqrasiyanın gücləndirilməsi üçün tam zəmin mövcuddur"

11 Apr 2026, 16:57 1 baxış
Fərhad Məmmədov: "Cənubi Qafqazda inteqrasiyanın gücləndirilməsi üçün tam zəmin mövcuddur"
"Bu gün Cənubi Qafqazda regional inteqrasiyanın gücləndirilməsi üçün obyektiv zəmin mövcuddur". Oxu.Az "Report"a istinadla xəbər verir ki, bu barədə "Sülh Körpüsü" təşəbbüsünün koordinatoru, Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov bu gün Qəbələdə Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətləri nümayəndələrinin görüşünün yekunlarına dair keçirilən mətbuat konfransında bildirib. "Hazırkı geosiyasi mənzərə Cənubi Qafqazda regional inteqrasiyanın baş tutması üçün əlavə impuls yaradır. İkitərəfli formatda vəziyyət yaxşı inkişaf edir. Əvvəllər Azərbaycan-Ermənistan formatı yox idi, lakin bu gün o da yaranıb", - o qeyd edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər