Kriminal
Xaçmazda qəza: 37 yaşlı kişi öldü
Xaçmaz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az-ın məlumatına görə, Fuad Hemdullayev VAZ-2107 markalı avtomobillə Xaçmaz rayonu, Həsənqala kəndindən rayonun Qusarçay kəndi istiqamətində hərəkətdə olarkən yolu keçən piyada 1989-cu il təvəllüdlü İzzət Cəlilovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində araşdırma aparılır.
Mənbə
oxu.az
Oxşar Xəbərlər