Siyasət
Azərbaycan hərb məktəbindən dünyaya nümunə: Dronlar vahid əməliyyat sistemi kimi - VİDEO
Baku TV-nin "Hərbi xronika" rubrikasının budəfəki buraxılışında müasir müharibələrdə dronların artan rolu təhlil edilib. Bildirilib ki, artıq döyüşlərin taleyini təkcə ənənəvi silahlar deyil, sürətli, ucuz və effektiv pilotsuz sistemlər müəyyən edir.
Qeyd olunub ki, İran-ABŞ-İsrail qarşıdurması və Rusiya-Ukrayna müharibəsi dronların həm taktiki, həm də strateji təsir vasitəsinə çevrildiyini göstərir. Təhlildə vurğulanıb ki, müasir döyüşdə üstünlük "kim daha tez görür və vurur" prinsipi ilə ölçülür və dronlar bu prosesi xeyli sürətləndirir. Bildirilib ki, Rusiya-Ukrayna müharibəsi pilotsuz sistemlərin kütləvi tətbiqini və ucuz vasitələrin bahalı texnikaya qarşı effektivliyini ortaya qoyub. Qeyd olunub ki, bu sahədə ilk sistemli yanaşmanı Azərbaycan 44 günlük Vətən müharibəsində nümayiş etdirərək dronları vahid əməliyyat sisteminə çevirib. Ekspertlərə görə, İran modeli "ucuz təzyiq", Rusiya-Ukrayna müharibəsi "kütləvi istifadə", Azərbaycan modeli isə "inteqrasiya olunmuş sistem" kimi fərqlənir. Sonda vurğulanıb ki, dronlar artıq müharibənin yeni dilinə çevrilib.

Mənbə
oxu.az
Oxşar Xəbərlər