Kriminal
Bir ay öncə kanalda batan gəncin meyiti tapıldı
Ötən ay Göyçayda kanalda batan gəncin meyiti tapılıb.
Axar.az Teleqraf-a istinadən xəbər verir ki, mart ayının 3-də Yuxarı Şirvan kanalının Göyçay rayonu ərazisindən keçən hissəsində batan və bir aydan çoxdur ki, axtarışları davam edən 1995-ci il təvəllüdlü Abdullayev Zamin Elşad oğlunun meyiti FHN-nin Aran Dalğıc Axtarış Qrupu tərəfindən az öncə Kanalın Hacıalı kəndi yaxınlığından keçən hissəsində tapılaraq sahilə çıxarılıb.
Meyit aidiyyati üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır
Mənbə
axar.az
Oxşar Xəbərlər