İqtisadiyyat

Nazir müavini: "BMT ilə tərəfdaşlığımızın növbəti mərhələsi dayanıqlı inkişafa və sülhə töhfə verəcək"

10 Apr 2026, 10:46 1 baxış
Nazir müavini: "BMT ilə tərəfdaşlığımızın növbəti mərhələsi dayanıqlı inkişafa və sülhə töhfə verəcək"
"Azərbaycan bu gün Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi üzrə dördüncü Könüllü Milli Hesabatını təqdim etmiş azsaylı ölkələrdən biri kimi çıxış edir. 2027-ci ildə ölkəmiz tərəfindən beşinci Könüllü Milli Hesabatın təqdim olunması planlaşdırılır". Oxu.Az xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Anar Axundov BMT-nin Davamlı İnkişaf üzrə Əməkdaşlıq Çərçivəsinin Yüksək Səviyyəli Birgə Rəhbər Komitəsinin iclasında deyib. "Bununla yanaşı, BMT-nin Rezident Əlaqələndiricisinin Ofisi ilə əməkdaşlıq çərçivəsində Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) regional səviyyədə lokallaşdırılması layihəsinə başlanılıb. DİM-in lokallaşdırılması onların yalnız qlobal səviyyədə qəbulunu deyil, eyni zamanda milli, regional və yerli səviyyələrdə siyasətlərə, proqramlara və inkişaf planlarına inteqrasiyasını nəzərdə tutur. Fəaliyyətin ilkin mərhələsi olaraq İqtisadiyyat Nazirliyi və BMT-nin Rezident Əlaqələndiricisinin Ofisi tərəfindən Naxçıvan Muxtar Respublikası və azad edilmiş ərazilərdə - ilk mərhələdə Şuşa şəhərində müvafiq qurumlarla əməkdaşlıq çərçivəsində lokallaşdırma təşəbbüslərinin başlanması üçün işlər görülür. Əminik ki, BMT ilə tərəfdaşlığımızın növbəti mərhələsi ölkəmizdə dayanıqlı inkişafa, regionda sülhə, rifaha və sabitliyə töhfə verəcək", - deyə A. Axundov əlavə edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər